news-image

Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, özəl sektor nümayəndələri, memar və şəhərsalma mütəxəssisləri iştirak ediblər. Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov “Təməl” Memarlıq Mükafatının peşəkarlığın, innovativ düşüncəninin və məsuliyyətli memarlıq yanaşmasının rəmzinə çevrildiyini bildirib. O, budəfəki müsabiqənin Dövlət Şəhərsalma və Arxitekturası Komitəsinin 20 illik yubileyi və “Şəhərsalma və Memarlıq İli”nə təsadüf etdiyinə diqqət çəkərək, şəhərsalma və memarlıq sahəsinin dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra ötən ilin ən yaxşı memarlıq layihələri mükafatlandırılıb. Mükafatlandırma çərçivəsində 890 layihə arasından seçilmiş 82 iş üzrə 6 nominasiyada qalib elan olunub. Qaliblər “Təməl” mükafatı və diplomlarla təltif edilib. “ArchiCO Project” şirkətinin memarı Əyyub Mirzəyev “Laçın Kanat Yolu” layihəsi ilə “Nəqliyyat, sənaye, rabitə, mühəndis bina və qurğuları” nominasiyasi üzrə “Təməl” mükafatı ilə təltif edilib. Qeyd edək ki, “Laçın Kanat Yolu” layihəsi İsveçrənin SA Partners şirkəti ilə sıx və məqsədyönlü əməkdaşlıq çərçivəsində hazırlanaraq uğurla reallaşdırılıb. Bu strateji əhəmiyyətli layihə tərəflər arasında qurulan etibarlı tərəfdaşlığın, güclü mühəndis-texniki potensialın və beynəlxalq keyfiyyət standartlarına əsaslanan yanaşmanın nəticəsidir. Layihənin nüfuzlu mükafata layiq görülməsi həm memarlıq komandamızın yaradıcı baxışını və peşəkarlığını, həm də birgə əməkdaşlıq çərçivəsində çalışan bütün mütəxəssislərin yüksək məsuliyyət və fədakarlıqla gördüyü işin bariz göstəricisidir.

news-image
news-image
news-image