
“ArchiCO Engineering Company” qış turizmi sahəsində uğurlu addımlarını atmaqda davam edir. 2017-ci ildən dağ-xizək turizm sənayesində fəaliyyətə başlayan “ArchiCO” bu sahədə dünyanın qabaqcıl şirkətlərilə əməkdaşlıq edir. Bu yöndə aparılan işlər çərçivəsində şirkətimizin İcraçı direktoru Cavad Musayev, Almaniyanın Ulm şəhərində, dağ nəqliyyatı və xizək sahəsi üzrə dünya brendi olan PistenBully (Almaniya) şirkətinin əməkdaşları bir araya gəliblər. Görüş zamanı icra edəcəyimiz layihələr üzrə yeni texnikaların sifarişi və təcrübə mübadiləsi mövzularında müzakirələr aparılıb. Bütün layihələrimizə həmçinin dağ-xizək turizm sahəsində icra etdiyimiz kanat xəttləri, qış turizm hoteli, multifunksional bina, beynəlxalq xizək yarışlarının keçirilməsi üçün dünya standartlarına cavab verən FIS Stadium kimi layihələrə eyni məsuliyyət və dəqiqliklə yanaşmağımız, qurulan uğurlu əməkdaşlıqlar sayəsində biz hər zaman innovativ həllər təqdim edərək, uğurlu işlər ərsəyə gətiririk.