news-image

3 mart 2026-cı il tarixində İstanbulda, Türkiyənin Tikinti Biologiyası və Ekologiyası İnstitutu (YBE – Building Biology & Ecology Institute Turkey) tərəfindən “Sağlam və Ekoloji İctimai Binalar üçün Yüksək Səviyyəli Standartlar” mövzusunda təşkil olunan vebinarda ArchiCO Engineering Company də iştirak edib. Vebinarın qonaq spikeri Avstriyanın Sağlam və Ekoloji Tikinti İnstitutu – IBO Österreichisches Institut für Bauen und Ökologie GmbH-nin nümayəndəsi Andreas Krenauer olub. Andreas Krenauer çıxışında Avstriyanın milli dayanıqlılıq proqramı klimaaktiv və tikinti materialları məlumat bazası baubook haqqında eksklüziv məlumatlar təqdim edib. Digər ənənəvi “yaşıl bina” sistemlərindən fərqli olaraq, klimaaktiv proqramı tikinti biologiyasına əsaslanan holistik yanaşmanı tətbiq edir və binaların həyat dövrü üzrə performansı, daxili hava keyfiyyəti və sağlam materialların istifadəsi məsələlərinə xüsusi diqqət yetirir. Tədbirdə ArchiCO Engineering Company-nin icraçı direktoru Cavad Musayev çıxış edərək, şirkətin dağ-xizək turizmi sektorunda həyata keçirdiyi layihələr və əldə etdiyi təcrübə haqqında məlumat verib. Vebinarda bələdiyyə nümayəndələri, daşınmaz əmlak inkişaf etdiriciləri, memarlar, mühəndislər və dayanıqlı, sağlam binaların yaradılmasına töhfə vermək istəyən digər peşəkarlar iştirak ediblər.

news-image
news-image
news-image