ArchiCO MMC beynəlxalq partnyorları ilə birgə Şahdağ Turizm Kompleksinin qar xizək infrastrukturunun genişləndirilməsi işlərini davam etdirir. 2022-ci il ərzində uzunluğu 5.6 km olan daha bir sürüşmə zolağı turistlərin istifadəsinə verilmişdir. Qeyd edilən 10 saylı sürüşmə zolağı dəniz səviyyəsindən 2351 m hündürlük səviyyəsi ilə 1440 m hündürlük səviyyəsini birləşdirir. Bununla ArchiCO MMC kompleks ərazisində inşa etdiyi zolaqların uzunluğunu 15 km çatdırmış oldu.