Haqqımızda

Metal Konstruksiyalar Zavodu

2019-cu ildə fəaliyyətə başlamış Qobu qəsəbəsində yerləşən metal konstruksiyalar zavodu metalın hazırlanması, qumlama və boyama işlərini həyata keçirir. Ən müasir texnologiyaya uyğun Almaniya və Tükiyə istehsalı olan avadanlıqlar və yüksək ixtisaslı mühəndis heyəti ilə fəaliyyət göstərən zavod aylıq 250 ton istehsal gücünə malikdir. İnşaat sektorunda bir çox uğura imza atmış şirkətimizin başlıca məqsədi metal konstruksiya işlərində də keyfiyyətli və davamlı xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməkdir.