Xəbərlər

15.01.2022

“Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar. Əvvəlki ikimərtəbəli yarımtikili, qəzalı vəziyyətdə olan və heç bir sosial şəraiti olmayan məscidin yerinə, eyni zamanda 1800 nəfərin ibadət etməsi üçün nəzərdə tutulmuş yeni məscid, bununla yanaşı park hissəsi də salınmışdır. 1,2 ha ərazini əhatə edən kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Tikinti ArchiCO şirkətinə məxsusdur.