Xəbərlər

12.10.2022

Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib. Ümumilikdə 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə “ARCHİCO” MMC tenderin qalibi elan olunmuşdur. Tender şərtlərinə görə şirkət tərəfindən avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikiləcəkdir.

Həmçinin adı çəkilən şirkət tikinti başa çatdıqdan sonra binaların 24 ay ərzində istismarına da zəmanət verəcəkdir. (https://shusha.gov.az/az/news/174)