12.12.2022-ci il tarixdə Təhsil Tələbə Krediti Fondu ilə “ArchiCO” MMC arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandum aktı imzalanmışdır.
Sənədi Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və “ArchiCO” MMC-nin baş direktoru Məhəmməd Musayev imzalayıblar.
ArchiCO Şirkətinin məqsədi bu cür proqramlara dəstək vermək və gənclərimizin əmək bazarına inteqrasiyasının təşkilinə yardım etməkdır. Şirkətdə müvafiq sahə üzrə vakansiyalar yaranarsa, TTKF-dan yararlan təhsilalanlara və məzunlara üstünlük verilməsi də nəzərdə tutulmuşdur.