Xəbərlər

06.05.2020

ArchiCO MMC  Şamaxı rayonunun 4 kəndinə su çəkilişinə başlamışdır. Muğanlı, Qurdtəpə, Meysəri və Xinisli kəndinə çəkiləcək su xəttləri ArchiCO MMC tərəfindən inşa edilmiş Ağsuçay məcrasından Şamaxı şəhərinə çəkilmiş magistral su xəttindən qidalanacaqdır. Şəbəkənin ümumi uzunluğu 17 km təşkil edir. Toplam olaraq 113 ədəd bulaq quraşdırılacaq, hər kənd üçün su rezervuarı inşa ediləcəkdir