ArchiCO şirkəti Rumıniyada, Resita bələdiyyəsi tərəfindən “Semenic Turist zonasının inkişaf etdirilməsi” üzrə təşkil olunan tenderin qalibi olub. Ölkədəki «Semenic» dağ-xizək zonasında 15 km-lik sürüşmə zolağının və 1 kanat yolunun layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Bununla əlaqədar keçirilən tenderə dünyanın bu sahədə ən nüfuzlu şirkətləri qatılıb. Tender Komissiyasının qərarına görə, «ArchiCO (Azərbaycan) – Dimex 2000 (Rumıniya) — Supersnow (Polşa)» alyansı tenderin qalibi elan olunub. «ArchiCO Engineering Company» («ArchiCO» MMC) 2009-cu ildən Azərbaycanda mühəndislik xidmətləri həyata keçirir. Şirkət, dağ-xizək zonalarının layihələndirilməsi, sürüşmə zolaqları, kanat yolları və süni qar yaratma sistemlərinin tikinti və quraşdırma işlərində böyük təcrübəyə və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarına malikdir.