Новости

02.02.2024

ArchiCO Şirkəti artıq bir neçə ildir ki, dağ-xizək infrastrukturunun yaradılmasında xidmətlər göstərir. Eyni zamanda dağ-xizək infrastrukturunun müxtəlif növ beynəlxalq yarışlar üçün uyğunlaşdırılması işləri də aparılır. Bu sahədə dünyanın ən aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri genişləndirilir. 2024-cü ilin yanvar ayında İsveçrənin Adelboden bölgəsində Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən keçirilən xizək yarışlarının Giant Slalom və slalom növləri üzrə keçirilən dünya çempionatına əməkdaşlarımız da dəvət olunmuşdur. Səfər zamanı ArchiCO komandası Avropadakı partnyorlarımızla birgə yarışları izləmiş, eyni zamanda beynəlxalq yarışların təşkili, infrastrukturun müvafiq olaraq uyğunlaşdırılması məsələlərini, FİS-in bu sahədə olan tələblərini müzakirə etmiş, təcrübə mübadiləsi aparmışdır.