Новости

28.12.2022

2022-ci il ərzində ArchiCO MMC Şahdağ Turizm Kompleksində genişlənmə və yeni infrastrukturun yaradılması işləri müvəfəqiyyətlə davam etmişdir. Çətin relyef və iqlim şəraitinə baxmayaraq bu işlərin qısa zamanda və yüksək professionallıqla yerinə yetirilməsi ArchiCO nun dünyada tanınmış ekspert Şirkətləri ilə məhsuldar iş planlamasının nəticəsidir. Son iki ildə kompleks ərazisində tamamlanan işlərin siyahısı

D.s 2000 metr hündürlükdə 114 min kub tutumu olan 2 saylı texniki gölün tikintisi

Uzunluğu 2650 m olan 16 saylı (d.s 2040 -2552) və uzunluğu 1500 metr olan 17 saylı kanat yollarının tikintisi (d.s 2040 – 2351)

Uzunluğu 2900 metr olan 9 saylı sürüşmə zolağınım tikintisi (rəng kodu göy)

Uzunluğu 1600 metr olan 7 saylı sürüşmə zolağının tikintisi(rəng kodu göy)

Uzunluğu 1000 metrə yaxın olan 8 saylı sürüşmə zolağının tikintisi (rəng kodu göy)

Uzunluğu 5600 metr olan 10 saylı sürüşmə zolağının tikintisi (rəng kodu qırmızı)

Dağ çayları üzərində 3 ədəd su qəbuledici, 1 çökdürücü qurğularının tikintisi və texniki gölə 1200 metr məsafədə boru xətti ilə birləşdirilməsi

2 saylı texniki göllə 1 saylı texniki gölün 5 km boru xətti ilə birləşdirilməsi

1200 kv metr ölçüdə nasosxana binasının tikintisi və nasosların quraşdırılması

Lift stansiyasının kabin qarajının tikintisi

Ratrak qarajı, emalatxana və tibb məntəqəsinin tikintisi

Transformator otağının tikintsi və avadanlıqların quraşdırılması

Yeni tikilən zonaların mövcud zonalalrla əlaqələndirilməsi