Новости

17.04.2023

Azərbaycanda xizək infrastrukturunun layihələndirilməsində və inşaatında böyük təcrübəyə malik olan ArchiCO MMC bu sahədə dünyada məşhur olan bir çox şirkətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində Şirkətimizin rəhbərliyi Fransada işgüzar səfərdədir. İlk olaraq görüşlər, beynəlxalq xizək yarışlarına dəfələrlə ev sahibliyi etmiş Val d’İsere xizək kompleksində təşkil olunmuşdur. Görüşlərdə qaryaratma sistemləri üzrə dünya brendi olan TechnoAlpin şirkətinin, Fransanın MBS şirkətinin, Avropa xizək federasiyalarının nümayəndələri iştirak etmişlər. Görüşlərdə, ölkəmizdəki xizək infrastrukturunun dahada modernləşdirilməsi, beynəlxalq səviyyədə tanınması və beynəlxalq xizək federasiyasının (FİS) tələbləri əsasında yüksək səviyyəli yarışların keçirilməsinə hazır olması üçün tədbirlər planı müzakirə olundu.