Xəbərlər

02.05.2022

02 May 2022-ci Azərbaycan Respublikasının Presidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şirkətimiz tərəfindən Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün inşa edilmiş yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.

Doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.

Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib. (https://president.az/ru/articles/view/55929)