Xəbərlər

14.01.2024

Keçdiyi həyat yolu ilə, baxışlarıyla, ən çətin sayılacaq məsələlərə professional yanaşması ilə seçilən sevimli ağsaqqalımız Musa Musayevin 70 yaşı tamam oldu. Yubileylə əlaqədar Musa müəllimin doğulub böyüdüyü Siyəzən şəhərində böyük tədbir keçirildi. Tədbirdə Siyəzən rayonunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, “ArchiCO” Şirkətinin rəhbərliyi Musa Musayevin gördüyü işlərdən danışdılar, onun keçdiyi yolun hər bir gənc üçün örnək olduğunu vurğuladılar.

“ArchiCO” Şirkətində hamının sevimlisi olan Musa müəllimi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, sağlamlıq arzulayırıq.