20-23 fevral 2023 tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Dağ-xizək texnologiyalarında yeni tendensiyalar” mövzusunda konfrans keçirilmişdir. Konfransı Avstriyanın Doppelmayr və İnput Şirkətləri, İtaliyanın Technoalpin Şirkəti və Amaniyanın Kassböhrer Şirkətləri təşkil etmişlər. Konfransda Cənubi Qafqaz, Orta Asiya ölkələrinin və Ukraynanın dağ xizək komplekslərinin rəhbər işçiləri, Gürücüstan hökümətinin rəsmiləri, əməliyyat və investisiya şirkətlərinin nümayəndələri iştirak etmişlər. Azərbaycandan bu konfransa Şahdağ Turizm Kompleksi və ArchiCO MMC dəvət almışlar. ArchiCO Şirkətinin Texniki Direktoru Nazim Şirinov konfransda iştirak etmişdir.
Konfrans iştirakçılarına dağ xizək texnologiyalarında yeniliklər, əyləncə obyektlərinin planlaşdırılması, komplekslərin qış turizmindən eyni zamanda il boyu fəaliyyət göstərən obyektlərə transformasiya olunması və bu kimi yeniliklər təqdim edilmişdir. Fevral ayının 22 -də isə konfrans iştirakçıları Bakurianı şəhərində keçirilən freestyle üzrə dünya çempionatında iştirak etmiş, beynəlxalq Xizək Federasiyasının tələbləri əsasında qurulmuş infrastrukturla yerində tanış olmuşlar.