Xəbərlər

07.08.2024

Şahdağ Turizm Kompleksində inşa edilən, ümumi həcmi 114 min kub metr olan texniki göl ətrafa gözəl mənzərə verməklə yanaşı, kompleksin süni qaryaratma sisteminidə su ilə təmin edir. Dəniz səviyyəsindən 2100 metr hündürlükdə yerləşən su mənbəyi təbii axımla kompleksin ərazisində yerləşən digər texniki gölü su ilə təmin edir. Eyni zamanda yeni quraşdırılan arıtma sistemi vasitəsilə kompleks ərazisini həmçinin içməli su ilə təmin etmək imkanı yaranmışdır. Bütün qeyd edilən hidrotexniki işlərin araşdırılması, layihələndirilməsi və müvaffəqiyyətlə icra edilməsi ArchiCO Engineering Company tərəfindən həyata keçirilmişdir