news-image

Layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrəsinin qurulması, həmçinin zəruri avadanlıqların sahəyə çatdırılması istiqamətində intensiv işlər görülür. Layihəyə əsasən, kanat yolunun ümumi uzunluğu 1720 metr, hündürlüyü isə 300 metr olacaq. Sərnişinlər bu məsafəni təxminən 6 dəqiqə ərzində qət edəcəklər. Sistem 17 kabinədən ibarət olacaq və saatda 800 sərnişinə xidmət göstərmək imkanına malikdir. Bu layihə Laçının turizm potensialını daha da gücləndirərək, bölgəyə gələn ziyarətçilər üçün yeni və unikal təcrübələr yaradacaq.

news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image