news-image

Bugün “ArchiCO Engineering Company” nin rəhbərliyi və China CAMC Engineering CO., Ltd. şirkətinin Azərbaycandakı nümayəndəsi cənab Zhuxuan Mao arasında əməkdaşlıq çərçivəsində görüş keçirilib. China CAMC Engineering Co., Ltd. (CAMCE) – Çin Dövlət Tikinti Maşınqayırma Korporasiyası SINOMACH-ın tərkibində fəaliyyət göstərən, dünya miqyasında tanınmış mühəndislik və tikinti şirkətidir. Şirkət infrastruktur, enerji, sənaye və digər sahələr üzrə kompleks EPC həlləri (mühəndislik, satınalma və tikinti) təqdim edir. CAMCE, 50-dən çox ölkədə fəaliyyət göstərərək, Asiya, Afrika, Amerika və Şərqi Avropada yüzlərlə iri miqyaslı layihəni uğurla icra edib. Bu qlobal təcrübə ona beynəlxalq bazarda etibarlı və strateji tərəfdaş kimi nüfuz qazandırıb. Şirkətimiz hər zaman yerli və beynəlxalq tərəfdaşlıqlara önəm verərək, davamlı inkişaf və strateji əməkdaşlıq prinsipləri əsasında fəaliyyətini genişləndirməkdədir. Bu yanaşma bizi qlobal səviyyədə etibarlı tərəfdaş və dayanıqlı inkişafa töhfə verən şirkətə çevirir. China CAMC Engineering Co., Ltd. ilə Azərbaycan arasında qurulan strateji əməkdaşlıq ölkəmizin qlobal mühəndislik və tikinti bazarında daha da tanınmasına, sənaye və infrastruktur sahəsində davamlı inkişafına mühüm töhfələr verir. Bu əlaqələr, həm peşəkar layihələrin icrası, həm də ölkəmizin qarşıdakı illər üçün möhkəm və dayanıqlı yaradıcılıq mühiti formalaşdırma hədəflərini dəstəkləyir.

news-image