news-image

Ruminiyanın “Semenic Turist zonasının inkişaf etdirilməsi” layihəsində tərəfdaşlıq etdiyimiz Polşanın “Supersnow” şirkətinin əməkdaşları ilə işgüzar görüş keçirilib. Layihə çərçivəsində Rumıniyanın “Semenic” dağ-xizək zonasında təxminən 15 km-lik sürüşmə zolaqlarının və 1 kanat yolunun layihələndirilməsi və inşası nəzərdə tutulur. Bu mühüm nailiyyət, ArchiCO-nun dağ-xizək infrastrukturu sahəsində beynəlxalq səviyyəli etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir. Eyni zamanda bu əməkdaşlıq şirkətin qlobal səviyyədə peşəkarlığını nümayiş etdirməklə yanaşı, dağ kurortları və xizək infrastrukturu sahəsində innovativ və dayanıqlı həllər təqdim edərək Avropa bazarında da müasir texnologiyalar, funksional dizayn və ekoloji yanaşma ilə seçilən layihələrə strateji töhfə vermək missiyasının bir hissəsidir.

news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image
news-image