
31 mart-3 aprel tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən MosBuild 2026 beynəlxalq inşaat və interyer sərgisində ArchiCO Engineering Company-nin texniki şöbənin rəhbəri Vüqar Kərimov da ziyarətçi qismində iştirak etmişdir. Sərgi çərçivəsində tikinti və arxitektura sahəsində təqdim olunan ən son texnologiyalar, innovativ materiallar və müasir həllərlə yaxından tanışlıq imkanı əldə olunub. Eyni zamanda, müxtəlif beynəlxalq şirkətlərin təcrübələri öyrənilmiş, potensial əməkdaşlıq imkanları nəzərdən keçirilmiş və sahə üzrə aktual trendlər təhlil edilmişdir. ArchiCO Engineering Company bu kimi beynəlxalq tədbirlərdə iştirak etməklə sektordakı yenilikləri izləməyə və fəaliyyətində qabaqcıl təcrübələri tətbiq etməyə davam edir.
.jpeg&w=1080&q=75)
.jpeg&w=1080&q=75)
.jpeg&w=1080&q=75)
.jpeg&w=1080&q=75)

.jpeg&w=1080&q=75)

.jpeg&w=1080&q=75)


